ABŞ səfiri biolaboratoriyalarla bağlı Rusiya Dumasına çağırıldı

   ABŞ səfiri biolaboratoriyalarla bağlı Rusiya Dumasına çağırıldı
  17 Aprel 2023    Oxunub:972
Aprelin 18-də Amerikanın Rusiyadakı səfiri Lin Treysi ABŞ-ın Ukraynadakı bioloji laboratoriyalarının fəaliyyəti ilə bağlı izahat vermək üçün Dövlət Dumasına dəvət olunub.
Bildirilib ki, aprelin 18-də Dövlət Dumasının xarici dövlətlərin Rusiyanın daxili işlərinə müdaxiləsi faktlarının araşdırılması üzrə komissiyasının iclası keçiriləcək.

“Deputatlar xarici agentlər haqqında qanunvericiliyə əməl olunmasına dövlət nəzarəti, habelə Rusiya Federasiyası ərazisində xarici qeyri-hökumət təşkilatlarının fəaliyyətinin tənzimlənməsi məsələlərini müzakirə edəcəklər”, - məlumatda deyilir.

Bundan əvvəl Ukraynadakı Amerika bioloji laboratoriyalarının fəaliyyətini araşdıran parlament komissiyası ABŞ-ın gen-mühəndislik silahları yaratmaq niyyətində ittiham olunduğu yekun hesabat dərc edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti