KİV: İsveç ən azı sentyabr ayına qədər NATO-ya üzv olmayacaq

      KİV:    İsveç ən azı sentyabr ayına qədər NATO-ya üzv olmayacaq
  17 Aprel 2023    Oxunub:1073
İsveç ən azı sentyabr ayına qədər NATO-ya üzv olmayacaq.
Bu barədə "Sveriges" radiosu məlumat yayıb. Qeyd olunub ki, Türkiyə millət vəkillərinin iyundan sentyabr ayına qədər davam edən yay tətilindən əvvəl İsveçin alyansa daxil olması məsələsini müzakirə etmək ehtimalı azdır.

Bildirilib ki, Finlandiya NATO-ya daxil olduqdan sonra ABŞ, Fransa və Böyük Britaniyadan Türkiyəyə təzyiqlər artıb. Bundan əlavə, Norveç İsveçin ərizəsini ratifikasiya etməyən ölkələri qərarlarını dəyişməyə inandırmağa çalışır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti