Yaponiya hökuməti Rusiyaya etiraz edib

   Yaponiya hökuməti Rusiyaya etiraz edib
  17 Aprel 2023    Oxunub:1010
Yaponiya hökuməti aprelin 18-dən 22-dək Kuril adalarının cənubunda hərbi təlimlər keçirmək planlarına görə Rusiyaya etiraz edib.
Bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib. Onun sözlərinə görə, təlim zonasına Yaponiyanın öz ərazi suları hesab etdiyi ərazilər daxil olub:

“Rusiya hakimiyyətinin Sahil Mühafizəmizə göndərdiyi bildirişə əsasən, aprelin 18-dən aprelin 22-dək İturup adası ərazisində raket atışları təlimləri planlaşdırılır”.

Qeyd edək ki, Aprelin 11-də Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı bildirib ki, Rusiya Kuril adalarının mülkiyyətinə dair arqumentləri və sualları qəbul etmir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti