![]() |
İran və Səudiyyənin XİN başçıları yenidən görüşəcəklər |
Xatırladaq ki, bu ölkələr arasında münasibətlər 2016-cı ildə şiəliyi təbliğ edən din xadimi Nimr əl-Nimrin krallıqda edam edilməsindən sonra gərginləşdi. Edama etiraz edən nümayişçilərin İrandakı Səudiyyə Ərəbistanı diplomatik nümayəndəliklərinə hücumundan sonra əlaqələr tam kəsildi. Martın əvvəlində isə Səudiyyə Ərəbistanı və İran Çinin vasitəçiliyi ilə diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər. Artıq XİN rəhbərləri görüş də keçiriblər.
Tural Tağıyev
AzVision.az