Slovakiya da Ukraynadan taxıl idxalını dayandırır
"Slovakiya müvəqqəti olaraq Ukraynadan taxıl və digər seçilmiş məhsulların idxalını dayandıracaq. Bu gün bu mövzuda işçi qrupu görüşəcək. Nəticələr açıqlanacaq", - Heqer yazıb.
Ölkənin Aqrar Siyasət Nazirliyi genişmiqyaslı müharibə şəraitində Ukrayna kənd təsərrüfatı məhsullarının Avropaya ixracı üçün həmrəylik dəhlizlərini qoruyaraq, Ukraynadan idxalı tənzimləmək imkanlarının tükəndiyi barədə xəbərdarlıq edib.
Slovak fermerləri üçün kənd təsərrüfatı məhsullarının ucuz idxalı səbəbindən Ukrayna fermerləri ilə rəqabət aparmaq getdikcə çətinləşir. Bunun fonunda nazirlik hökumət səviyyəsində Ukraynadan malların idxalını tənzimləmək üçün daha sərt tədbirlər görməyə çağırıb.
Bir gün əvvəl Polşa, Ukrayna taxılının böyük axınına görə öz məhsullarını sata bilməmələri səbəbindən fermerlər birliklərinin bir neçə gün davam edən etirazlarından sonra Ukraynadan ərzaq ixracına qadağa qoyub.
Tezliklə Macarıstan Ukrayna taxılının və digər kənd təsərrüfatı məhsullarının ixracını qadağan edib. Lakin aqrar-sənaye məhsullarının tranzitini saxlamağa söz verib.
Bolqarıstanın kənd təsərrüfatı naziri Yavor Geçev də ölkəsinin Ukrayna kənd təsərrüfatı məhsullarının idxalını müvəqqəti qadağan edə biləcəyini açıqlayıb.
Avropa Komissiyası ticarət siyasətinin Aİ-nin müstəsna səlahiyyətində olduğunu bildirib və belə birtərəfli hərəkətləri qəbuledilməz adlandırıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: