Dünyanın ən çirkli 10 şəhəri - SİYAHI+FOTOLAR

   Dünyanın ən çirkli 10 şəhəri -    SİYAHI+FOTOLAR
  17 Aprel 2023    Oxunub:4050
Dünyanın ən çirkli şəhərlərinin adları açıqlanıb. "IQ Air" Təşkilatının qiymətləndirməsinə əsasən, Nepalın paytaxtı Katmandu siyahıda liderdir.
AzVision.az xəbər verir ki, bu barədə Asian News International (ANI) məlumat yayıb. www.iqair.com saytından dünyanın 101 ölkəsinin hava keyfiyyətini canlı izləmək olar.

Nepaldakı rəsmi mənbələrə görə, son illərdə artan hava çirkliliyi səbəbiylə tənəffüs yolları problemləri, ağciyər xərçəngi, ürək xəstəlikləri, hipertoniya və insult kimi xəstəliklərdə böyük artım var. Məlumata görə, 2019-cu ildə havanın çirklənməsi səbəbindən ölən 42 min nəfərin 19 faizi beş yaşa qədər uşaqlar, 27 faizi isə 70 yaşdan yuxarı qruplar olub.

Dünyanın ən çirkli şəhərləri sırasında sonrakı yerlərdə Dehli (Hindistan), Çiang Mai (Tailand), Çengdu (Çin), Bangkok (Tailand), Hanoi (Vietnam), Dəkkə (Bangladeş), Uhan (Çin), Lahor (Pakistan), Guangzhou (Çin) gəlir.





















Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti