Sonuncu İran şahının oğlu İsrailə gedir
“Mən İran xalqından dostluq mesajını çatdırmaq, İsrailin su mütəxəssisləri ilə rejimin İranın təbii ehtiyatlarından sui-istifadə etməsini müzakirə etmək və Holokost qurbanlarını yad etmək üçün İsrailə gedirəm. Mən İsrail xalqının bilməsini istəyirəm ki, İslam Respublikası İran xalqını təmsil etmir. Xalqlarımız arasındakı qədim bağ hər iki xalqın xeyrinə canlandırıla bilər. Mən İsrailə daha parlaq gələcəyin qurulmasında öz rolumu oynamaq üçün gedirəm".
İsrail məsələ ilə bağlı verdiyi açıqlamada Rza Pəhləvinin səfərinin “İsrail və İran xalqları arasında körpü yaratmaq və Ayətullah rejiminə ortaq müxalifəti ifadə etmək” olduğunu bildirib.
Və İsrailə səfər edən ən yüksək səviyyəli İran xadimi adlandırıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sözügedən səfərlə bağlı sualı belə cavablandırıb: “Nə adını çəkdiyiniz şəxs (Rza Pəhləvi), nə bu səfərin məqsədi, nə də getmək istədiyi yeri müzakirə etməyə dəyməz".
Şahanə Rəhimli
AzVision.az
Teqlər: