İsrail XİN rəhbəri sabah Azərbaycana gələcək

   İsrail XİN rəhbəri sabah Azərbaycana gələcək
  17 Aprel 2023    Oxunub:1834
İsrailin xarici işlər naziri Eli Kohen aprelin 18-də Azərbaycana səfər edəcək.
Bu barədə AzVision.az
-a“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak deyib.

Səfər çərçivəsində İsrail XİN başçısının aprelin 19-da Bakıda keçiriləcək Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komisiyasının növbəti iclasında iştirak edəcəyi, həmçinin ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Daha sonra E.Kohen aprelin 20-də İsrail səfirliyinin açılış mərasiminin keçiriləcəyi Türkmənistana səfər edəcək.

AzVision.az


Teqlər:



Xəbər lenti