Sudan ordusu humanitar dəhlizlərin açılması təklifini təsdiqlədi

Sudan ordusu humanitar dəhlizlərin açılması təklifini təsdiqlədi
  17 Aprel 2023    Oxunub:1054
Sudan Silahlı Qüvvələri Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkədə üç saatlıq humanitar dəhlizlərin açılması təklifini təsdiqləyib.
“Məsləhətləşmələrdən sonra Sudan Silahlı Qüvvələri BMT-nin bu gün saat 16:00-dan başlayaraq üç saat ərzində humanitar hallar üçün təhlükəsizlik dəhlizlərinin açılması təklifi ilə razılaşdı. Bununla belə, üsyançı qruplar tərəfindən hər hansı pozuntu halında cavab vermək hüququnu ləğv etmir”, - məlumatda deyilir.

Bundan əvvəl Sudan Silahlı Qüvvələri humanitar əsaslarla üç saatlıq atəşkəs elan etmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti