Sudanda toqquşmalarda 180-dən çox insan ölüb

   Sudanda toqquşmalarda 180-dən çox insan ölüb
  17 Aprel 2023    Oxunub:1240
Sudanda ölkə ordusunun bölmələri ilə xüsusi təyinatlılar arasında davam edən silahlı toqquşmalar nəticəsində 180-dən çox mülki şəxs ölüb.
Bu barədə BMT baş katibinin Sudan üzrə xüsusi nümayəndəsi Volker Pertes deyib. Onun sözlərinə görə, silahlı toqquşmalarda 1800-dən çox insan yaralanıb.

Qeyd edək ki, daha öncə ölkənin həmkarlar ittifaqı 97 nəfərin öldüyünü, 365 nəfərin yaralandığını açıqlayıb.

Aprelin 15-də Sudanda ölkə ordusunun bölmələri ilə çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlıların) bölmələri arasında başlayan silahlı toqquşmalar davam edir. BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub. Bunun ardınca Ümumdünya Ərzaq Proqramı xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmaların davam etdiyi Sudanda fəaliyyətini dayandırıb.


AzVision.az


Teqlər:





Xəbər lenti