G7 ölkələri Rusiyaya nüvə müharibəsi ilə bağlı çağırış ediblər
"Biz beş nüvə dövlətinin 3 yanvar 2022-ci il tarixli nüvə müharibəsinin və silahlanma yarışının qarşısının alınması ilə bağlı birgə bəyanatını xatırlayırıq və nüvə müharibəsinin qalib gələ bilməyəcəyini və başlamamalı olduğunu bir daha təsdiqləyirik”, - sənəddə deyilir.
G7 xarici işlər nazirləri həmçinin nüvə sahəsində Rusiyanın mülki məhsullarından imtina etmək planlarını təsdiqləyiblər.
Yeddilik Qrupu (G7) ölkələri Pxenyanın ballistik raketlərin buraxılışını pisləyib və KXDR-in tam nüvəsizləşdirilməsinin həyata keçirilməsinə tərəfdar olublar, həmçinin Rusiyaya qarşı sanksiyaları gücləndirmək və Ukraynaya dəstəyi davam etdirmək barədə razılığa gəliblər.
AzVision.az
Teqlər: