Qüdsdə naməlum şəxs insanlara atəş açıb - VİDEO

Qüdsdə naməlum şəxs insanlara atəş açıb    - VİDEO
  18 Aprel 2023    Oxunub:1178
Qüdsdə atışma olub. Тəticədə iki nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” polisə istinadən məlumat yayıb. Yerli KİV-in məlumatına görə, yaralanan şəxslər ultraortadokslar olublar.

Nəşrin məlumatına görə, atışma sərhəd polisinin bazası yaxınlığında baş verib. Qeyd edilir ki, insanların olduğu avtomobili atəşə tutan şəxsin kimliyi hələlik müəyyən edilməyib.

Təcili tibbi yardımdan verilən məlumata görə isə iki nəfər orta dərəcəli bədən xəsarətləri alıb. Onlara yerindəcə təcili yardım göstərilib və daha sonra xəstəxanaya yerləşdirilib.


Tural Tağıyev
AzVision.az



Teqlər: Qüds  





Xəbər lenti