Koen: "Tehranın terrorçu rejiminin nüvə əldə etməsinin qarşısını alacağıq”

      Koen:    "Tehranın terrorçu rejiminin nüvə əldə etməsinin qarşısını alacağıq”
  18 Aprel 2023    Oxunub:1060
İsrailin xarici işlər naziri Eli Koen çinli həmkarı Qin Qanla telefonla danışıb. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, danışıq zamanı Koen Pekindən İranın nüvə proqramını dayandırması üçün təsir göstərməsini istəyib.

"Mən bu gün Çinin xarici işlər naziri Qin Qanla danışdım. Onu Yaxın Şərqin və dünyanın bir çox ölkələri üçün təhlükə yaradan nüvə proqramının irəliləyişini dayandırmaq üçün İrana təsir göstərməyə çağırdım. İsrail dövləti istənilən addımı atacaq ki, Tehrandakı terrorçu rejimin nüvə silahı əldə etməsinin qarşısını alsın”, - Koen bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər: İsrail   Tehran   Pekin   Nüvə  





Xəbər lenti