Ermənistanın keçmiş baş nazirinə qarşı ittiham irəli sürülüb

   Ermənistanın keçmiş baş nazirinə qarşı ittiham irəli sürülüb
  18 Aprel 2023    Oxunub:1313
Ermənistanın keçmiş baş naziri Ovik Abramyana qarşı külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı ittiham irəli sürülüb.
AzVision.az xəbər veri ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

İstintaqın məlumatına görə, Abrahamyan etibar etdiyi şəxslər vasitəsilə qum hasilatı ilə məşğul olan “Avazaatik” şirkətinin idarə olunmasında iştirak edib. Məhz bunun sayəsində cinayət yolu ilə əldə edilmiş əmlakları qanuniləşdirib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti