Abşeronda təhlükəli böcək aşkar edilib
Yarımadada, qırmızı palma böcəyi çoxalaraq sürətlə yayılma imkanına malikdir. Belə ki, zərərverici aşkar olunduğu yerdən uçaraq digər ərazilərə keçir, su, külək, əkin materialı, kənd təsərrüfatı maşın alətləri və s. vasitəsi ilə yayılır. Ona görə də bu təhlükəli karantin zərərvericinin respublika ərazisində yayılmasının qarşısını almaq üçün mənbələri vaxtında aşkarlanaraq məhv edilməsi üçün mübarizə tədbirləri həyata keçirilməlidir. Abşeron yarmadası və Bakı şəhərinin yaşıllaşdırılmasında finik palmaları geniş istifadə olunduğuna görə ilk növbədə həmin ərazilərdə fitosanitar monitorinqlər aparılıb.
Zərərverici ilə güclü sirayətlənmiş 3 ədəd yaşlı finik palması kəsilərək ərazidən çıxarılıb və yandırılıb. Nisbətən zəif sirayətlənmiş 2 ədəd palma bitkilərində sistem təsirli kimyəvi preparatlardan istifadə edərək zərəvericinin ocağı məhv edilərək bitkilər müalicə olunub. Kimyəvi mübarizə məqsədilə imidakloprid (hekvidor) və xlorpirifos (priban) tərkibli preparatlardan istifadə olunub. Zərərvericiyə qarşı mübarizə məqsədi ilə ölkə ərazisində daxili karantin tədbirlərinə ciddi əməl olunması tələb olunur.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


