Kapitan rütbəsi alacaqdı, işdən qovuldu
![Kapitan rütbəsi alacaqdı, işdən qovuldu Kapitan rütbəsi alacaqdı, işdən qovuldu](https://azvision.az/photos/2023/04/40301467_0_45_1600_945_1920x0_80_0_0_79c1ccf0ff3dfc43556728ef5ea7968c-1681889424.jpg)
Nəşrin məlumatına görə, Muradyanın qızı aprelin 16-da kapitan rütbəsi almalı idi, lakin aprelin 13-də onun müqaviləsi başa çatıb. Xilasetmə Xidmətinin yeni direktoru, Ermənistan Daxili İşlər Nazirliyinin rəis müavini Kamo Tsutsulyan isə onunla iş müqaviləsini yeniləmək istəməyib. Beləlikə, kapitan rütbəsi də verilməyib.
Xatırladaq ki, Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan sursat tədarükü zamanı sui-istifadədə ittiham olunur.
Bu işdə Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Artak Davtyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan, Silahlı Qüvvələrin Aviasiya İdarəsinin keçmiş rəisi Avetik Muradyan, Müdafiə Nazirliyinin aviasiya departamentinin aviasiya texniki əmlak xidmətinin rəisi Artem Ambaryan, aviasiya idarəsinin baş mühəndisi Vladimir Babayan və iş adamı David Qalstyan ittiham olunurlar.
İstintaq onları yararsız təyyarə raketlərinin alınmasında iştirakda və 4,6 milyon dolları mənimsəməkdə ittiham edir. Onlar təqsirlərini etiraf etmirlər.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: