Paşinyan yezidi kürdləri təriflədi
![Paşinyan yezidi kürdləri təriflədi Paşinyan yezidi kürdləri təriflədi](https://azvision.az/photos/2023/04/1681890244.jpg)
Paşinyan yezidi kürdlərinin "Malake Taus" - Yeni il bayramı münasibətilə təbrik müraciətində qeyd edib ki, icma öz işi, vətəndaş fədakarlığı və milli dəyərləri ilə Ermənistanın bütün vətəndaşlarının hörmətini qazanıb.
"Əminəm ki, sizin gələcək nəsillər ölkənin multikultural palitrasını zənginləşdirərək vətəndaş şüuruna və milli adət-ənənələrə sadiq qalacaqlar”, - Paşinyan bildirib.
Öz növbəsində Ermənistan prezidenti Vaaqn Xaçaturyan da ictimaiyyəti təbrik edib. O, təbrikində iki xalq arasında çoxəsrlik tarixi və mədəni əlaqələri xatırladıb. Onun sözlərinə görə, hər iki xalq bir-birini dəstəkləyir, bir-birinə rəğbətlə yanaşır və çətinlikləri birlikdə dəf etməyə hazırdır.
Qeyd edək ki, son məlumatlara görə, Ermənistanda 50 minə yaxın yezidi yaşayır.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan