ABŞ bütün dünyaya nifrət edir - Soylu

   ABŞ bütün dünyaya nifrət edir -    Soylu
  19 Aprel 2023    Oxunub:942
Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ın bütün dünyaya nifrət etdiyini, Avropanın isə Vaşinqtonun əlaltısı olduğunu bildirib. Bu barədə "Aydınlıq" qəzeti xəbər verir.
“Avropa deyə bir şey yoxdur. Düşüncələrinizdə Avropanı şişirtməyin. Amerika var. Avropa ABŞ karvanında bir qatardır. Onun haqqında xüsusi bir şey yoxdur”, - deyə Soylu gənclərlə görüşündə bildirib.

O əlavə edib ki, Avropa ABŞ-dan siyasi asılılıq və əhalinin qocalması səbəbindən potensialını, ABŞ isə Vaşinqton siyasətinə və neokolonializmə qarşı ümumi nifrət səbəbindən dünyada hörmətini itirir.

Soylu ayrıca qeyd edib ki, Qərbin neokolonializmi ən çox Afrikada nəzərə çarpır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti