Paşinyan daha bir anormal addımı ilə tarixə düşdü

   Paşinyan daha bir anormal addımı ilə tarixə düşdü
  19 Aprel 2023    Oxunub:2438
Ermənistanın baş naziri Nikol Paşinyan özünün təhlükəsizlik tədbirlərini gücləndirib. AzVision.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, baş nazir hələ də sui-qəsd qorxusunu gizlədə bilmir. Onun dünən xeyli sayda mühafizəçi və polisin müşayiəti ilə parlamentə gəlməsi də buna sübutdur. Müəllif qeyd edib ki, Paşinyanın parlamentə girişi belə misilsiz bir hadisə olub: "Çünki ilk dəfə olaraq Ermənistan baş nazirinin xeyli sayda mühafizəçisi parlament zalında peyda oldu. Tarixdə belə bir hal olmayıb ki, baş nazirin mühafizəçiləri iclas zalına daxil olub burada otursunlar. Paşinyan bu məsələdə də tarixə düşmək qərarını verdi. Fraksiyaların olduğu hər bir cərgənin başında və ya zalın aşağısında onun mühafizəçiləri oturaraq deputatlara tamaşa edirdilər".

Paşinyana sui-qəsd cəhdi olub - VİDEO
“Joqovurd” qəzeti onu da qeyd edib ki, iclas zalının bütün girişlərində polis əməkdaşlarından başqa Paşinyanın mülki geyimli silahlı mühafizəçiləri də dayanıb.

"Təhlükəsizliyin bu dərəcədə gücləndirilməsi bir şeyi sübut edir- Paşinyan çox qorxur və ehtiyat edərək nədən qorxduğunu yalnız özü bilir. İnqilabdan sonra metro və velosipedlə gəzən rəhbər artıq müdafiəsiz bir addım belə atmır”.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Nikol Paşinyanın mühafizəsi xeyli gücləndirilib. Hətta baş nazirin korteji ilə bağlı da xeyli sayda qalmaqallı hadisələr yaşanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Mühafizə  





Xəbər lenti