Rusiya səfiri Moldova XİN-ə çağırılıb

   Rusiya səfiri Moldova XİN-ə çağırılıb
  19 Aprel 2023    Oxunub:1157
Rusiya Federasiyasının Kişinyovdakı səfiri Oleq Vasnetsov Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinə çağırılıb.
Bu barədə Sputnik Moldova nazirliyin məlumatına istinadən xəbər verib. Tatarıstanın rəhbəri Rüstəm Minnixanovun olduğu təyyarə Kişinyova gələndə Rusiya səfiri hava limanında olub və nalayiq davranış nümayiş etdirib.

Öz növbəsində Moldova hökumətinin sözçüsü Daniel Voda qeyd edib ki, Rusiya səfirliyinin əməkdaşlarına Kişinyov hava limanına giriş qadağan edilə bilər.

"Bu şəxslərin Rusiya səfirliyindən Kişinyov hava limanına giriş kartları ləğv ediləcək. Baş nazir Rusiya səfirliyinin rəsmilərindən birinin persona non-qrata elan edilməsi imkanlarının öyrənilməsinin zəruriliyini qeyd edib. XİN bu gün Rusiya səfirini qərarı elan etmək üçün çağırır".

AzVision.az


Teqlər:





Xəbər lenti