Moldova ilə Rusiya arasında siyasi qalmaqal böyüyür

 Moldova ilə Rusiya arasında  siyasi qalmaqal böyüyür
  19 Aprel 2023    Oxunub:1045
Moldovanın baş naziri Dorin Reçan hökumətin iclasında Daxili İşlər Nazirliyinə və Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinə Rusiya səfirliyinin iki əməkdaşının hava limanında akkreditasiyasını geri götürməyi tapşırıb.
Bu barədə TV8 telekanalı məlumat yayıb. Reçan deyib ki, rusiyalı diplomatların Moldova ətrafında hərəkət etmək hüququ məhdudlaşdırılmalıdır və səfirliyin ən azı bir əməkdaşı deportasiya olunmalıdır. O qeyd edib ki, Kişinyov heç kimə Moldova Respublikasının daxili işlərinə qarışmağa imkan verməyəcək.

"Rusiya səfirliyinin iki nümayəndəsinin hava limanında akkreditasiyası ləğv edilməlidir. Hörmətli baş nazirin müavini, görün bu ikisindən biri deportasiyaya layiqdirmi?".

Qeyd edək ki, Tatarıstanın rəhbəri Rüstəm Minnixanovun olduğu təyyarə Kişinyova gələndə Rusiya səfiri hava limanında olub və nalayiq davranış nümayiş etdirib.

AzVision.az


Teqlər:





Xəbər lenti