Xameneyi İranda referendum təkliflərinə qarşı çıxdı

   Xameneyi İranda referendum təkliflərinə qarşı çıxdı
  19 Aprel 2023    Oxunub:1090
Ali dini lideri Ayətullah Əli Xameneyi ölkədəki problemlərlə bağlı bəzi qrupların gündəmə gətirdiyi referendum təkliflərinə qarşı çıxıb.
AzVision.az İran dövlət televiziyasına istinadən xəbər verir ki, Xameneyi ölkənin müxtəlif məsələlərinin referenduma çıxarıla bilməyəcəyini qeyd edib: "Çünki hər referendum 6 ay ərzində bütün ölkəni əhatə edir. Həm də dünyanın harasında hər məsələ ilə bağlı referendum keçirirlər?"

Xameneyi bildirib ki, xalqın sözünü deməsi üçün mexanizmlər mövcuddur: "Yəni bir adamı prezident seçirlər, millət vəkili seçirlər. Bu xalqın sözüdür, xalqın sözü belə başa düşülür".

Son illərdə İranın bəzi təbəqələri idarəetmə sistemi ilə bağlı referendumun keçirilməsinin zəruriliyindən danışır. Referendumun tərəfdarları arasında keçmiş prezident Həsən Ruhani də var. 2018-ci ildə inqilab bayramı zamanı etdiyi çıxışda Ruhani ölkədəki fikir ayrılıqlarını aradan qaldırmaq üçün referendum keçirilməsini təklif edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti