Şəmkir sakini keçmiş arvadını bıçaqlayıb
Qadın xəstəxanaya yerləşdirilib.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov AzVision.az -a bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini, 1996-cı il təvəllüdlü Günay Musayevanın bədəninin müxtəlif bıçaq xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilməsi ilə bağlı məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkənin keçmiş həyat yoldaşı, 1990-cı il təvəllüdlü Zirəddin Zirəddinzadə saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


