Yeni doğduğu qızını su qabında boğdu

Yeni doğduğu qızını su qabında boğdu
  19 Aprel 2023    Oxunub:1102
Rusiyanın Kallinqrad vilayətində ana yeni doğduğu qızını öldürüb.
Neman şəhər sakini yeni doğulmuş qızı öldürməkdə şübhəli bilinir.

Faktla bağlı 30 yaşlı qadın barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 106-cı maddəsi (yeni doğulmuş uşağın öldürülməsi) ilə cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, martın sonunda bir qadın Kalininqradda tərk edilmiş ərazidə uşaq dünyaya gətirib. Dərhal sonra qızı su qabında boğub, meyiti torbaya büküb və qonşu ərazidə kəsilmiş ağac budaqlarının altında gizlədib.

Körpənin plastik torbaya bükülmüş cəsədi aprelin sonunda Kalininqradda tərk edilmiş ərazidə tapılıb.(Lent.az)


Teqlər:





Xəbər lenti