Ermənistan MN Anna Akopyanın 11 min fərari ilə bağlı açıqlamasını şərh etməyib

   Ermənistan MN Anna Akopyanın 11 min fərari ilə bağlı açıqlamasını şərh etməyib
  19 Aprel 2023    Oxunub:1489
Ermənistan Müdafiə Nazirliyi Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın 11 min fərari ilə bağlı açıqlaması barədə “Sputnik Armenia”nın sorğusunu şərh etməkdən imtina edib.
AzVision.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

“Xidmət və ya fərarilik yerinin icazəsiz tərk edilməsi ilə əlaqədar açılmış cinayət işləri haqqında məlumatı cinayət icraatını həyata keçirən orqandan dəqiqləşdirməyi təklif edirik", - deyə Müdafiə Nazirliyi “Sputnik Armenia”nın sorğusuna cavabında bildirilib.
Agentlik mövzu ilə bağlı Ermənistanın Baş Prokurorluğuna və İstintaq Komitəsinə sorğular göndərilib.
Hər iki qurum cavab vermək uzun müddət lazım olduğunu bildirib
Akopyan bildirmişdi ki, 44 günlük müharibə zamanı Ermənistanda 11 min fərari olub.
Onlar arasında zabitlər də olub.
AzVision.az



Teqlər:





Xəbər lenti