Şəmkirin bəzi ərazilərində işıq yoxdur

Şəmkirin bəzi ərazilərində işıq yoxdur
  19 Aprel 2023    Oxunub:982
Şəmkir rayonunun iki qəsəbə və bir neçə kəndinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Kür və Səməd Vurğun qəsəbələrində, həmçinin yaxın kəndlərdə bir neçə saata yaxındır elektrik yoxdur.

Məsələ ilə bağlı bildirilib ki, 110 kilovatlıq yarımstansiyada yaranmış nasazlıq səbəbindən elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılıb.

Hazırda fəsadın aradan qaldırılması üçün işlər aparılır.(Report)


Teqlər:



Xəbər lenti