Rus ordusunun erməni əsilli admiralı vəzifədən uzaqlaşdırıldı

   Rus ordusunun erməni əsilli admiralı vəzifədən uzaqlaşdırıldı
  20 Aprel 2023    Oxunub:1555
Rusiya Hərbi Dəniz Qüvvələrinin Sakit Okean Donanmasının komandanı, admiral Sergey Avakyanç vəzifəsini tərk edib.
AzVision.az xəbər verir ki, bu barədə “Kommersant” baş nazirin müavini, prezidentin Uzaq Şərq Federal Dairəsi üzrə nümayəndəsi Yuri Trutnevə istinadən məlumat yayıb.

Trutnevin sözlərinə görə, admiral Avakyanç bundan sonra hərbi idman hazırlığı və vətənpərvərlik tərbiyəsi mərkəzlərinə nəzarət edən qərargahda çalışacaq.

Qeyd edək ki, İrəvandan olan Avakyanç 2010-cu ilin oktyabrından Sakit Okean Donanmasına komandanlıq edirdi. O, 2014-cü ildə admiral rütbəsi alıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Admiral  





Xəbər lenti