"Türkiyəli atletlərin Azərbaycana səfərləri ilə bağlı danışıqlar aparılır" - Nazirlik

   "Türkiyəli atletlərin Azərbaycana səfərləri ilə bağlı danışıqlar aparılır" -    Nazirlik
  20 Aprel 2023    Oxunub:1427
Prezident İlham Əliyevin Ermənistanın paytaxtı İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl medal qazanmış türkiyəli Cansu Bektaş və gümüş medalçı Qamze Altun Azərbaycana dəvət etməsi tapşırığının icrasına dərhal başlanılıb.
Bu barədə AzVision.az -a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev deyib. O bildirib ki, artıq türkiyəli xanım atletlərə dəvət göndərilib.

"Hazırda onların Azərbaycana səfərləri ilə bağlı danışıqlar aparılır", deyə Qabil Mehdiyev əlavə edib".

Qeyd edək ki, Cansu Bektaş İrəvanda qızıl medal qazanaraq Türkiyə himnini səsləndirib. Qamze Altun isə ikinci yeri tutub. Hər iki atlet qələbələrini Azərbaycana həsr ediblər.

Xatırladaq ki, yarışın açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Bu hadisədən sonra milli komanda yarışdan imtina edərək Bakıya qayıtmağı qərara alıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti