Qeyd edək ki, aprelin 3-də NATO rəhbəri bildirib ki, Ukrayna yalnız Rusiya ilə münaqişə Kiyevin xeyrinə başa çatdıqdan sonra alyansa üzv ola bilər.
“Bunsuz, üzvlük məsələsinin əhəmiyyəti olmayacaq. Bu məqsədlə NATO Ukraynaya əhəmiyyətli dəstək verib və göstərəcək”, - o bildirib. Bununla yanaşı, Stoltenberq NATO-nun mövqeyinin dəyişmədiyinə və Ukraynanın alyansa üzv ola biləcəyinə diqqət çəkib.
Aprelin 5-də NATO-nun baş katibi bəyan edib ki, NATO ölkələrinin xarici işlər nazirləri Ukraynaya dəstək üçün çoxillik strateji proqramın hazırlanmasına başlamaq barədə razılığa gəliblər.
Şahanə Rəhimli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


