Stoltenberq Kiyevdə - FOTO

  Stoltenberq Kiyevdə -    FOTO
  20 Aprel 2023    Oxunub:1437
NATO-nun baş katibi Yens Stoltenberq elan olunmamış səfərlə Kiyevə gedib.
Bu gün səhər baş katib Kiyevin mərkəzindəki Mixaylovskaya meydanında həlak olan ukraynalı əsgərlərin xatirəsinə ucaldılmış abidənin qarşısında ehtiramını bildirib.

Qeyd edək ki, aprelin 3-də NATO rəhbəri bildirib ki, Ukrayna yalnız Rusiya ilə münaqişə Kiyevin xeyrinə başa çatdıqdan sonra alyansa üzv ola bilər.

“Bunsuz, üzvlük məsələsinin əhəmiyyəti olmayacaq. Bu məqsədlə NATO Ukraynaya əhəmiyyətli dəstək verib və göstərəcək”, - o bildirib. Bununla yanaşı, Stoltenberq NATO-nun mövqeyinin dəyişmədiyinə və Ukraynanın alyansa üzv ola biləcəyinə diqqət çəkib.

Aprelin 5-də NATO-nun baş katibi bəyan edib ki, NATO ölkələrinin xarici işlər nazirləri Ukraynaya dəstək üçün çoxillik strateji proqramın hazırlanmasına başlamaq barədə razılığa gəliblər.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti