Albaniyadan Türkiyəyə ekstradisiya edildi - FOTO

  Albaniyadan Türkiyəyə ekstradisiya edildi -    FOTO
  20 Aprel 2023    Oxunub:1129
Albaniya hökməti tərəfindən daha əvvəl ekstradisiya qərarı verilən "Thodex" kriptovalyuta birjasının qurucusu Faruk Vatih Özer aprelin 20-də İstanbula aparılıb.
Ötən ilin dekabrında Albaniya məhkəməsi Özerin Türkiyəyə ekstradisiya edilməsi barədə qərar çıxarıb. Göyərtəsində “Thodex”in qurucusunun olduğu təyyarə yerli vaxtla saat 10:15-də Tirandan İstanbul hava limanına enib.

Enişdən dərhal sonra Özer hüquq-mühafizə orqanlarına təhvil verilib. O, polis bölməsinə aparılıb və orada tibbi müayinədən keçirilib. Bütün sənədləri tamamlandıqdan sonra Özer mərkəzi polis şöbəsinə aparılacaq.

“Thodex” kriptovalyuta birjasının təsisçisi Türkiyə tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilib və avqustun 30-da Albaniyada saxlanılıb. Sentyabrın 2-də birinci instansiya məhkəməsi Özerin həbs müddətinin uzadılmasına qərar verib, sentyabrın 14-də isə bu qərardan müttəhimin vəkilləri apelyasiya şikayəti verib.

Sentyabrın 20-də Apellyasiya Məhkəməsi Özerin həbsi ilə bağlı qərarı qüvvədə saxlayıb. Nəhayət, dekabrın 30-da Albaniya məhkəməsi Özerin Türkiyəyə ekstradisiyasına qərar verib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti