İrəvan merinin keçmiş aparat rəhbəri həbs edildi

İrəvan merinin keçmiş aparat rəhbəri həbs edildi
  20 Aprel 2023    Oxunub:1833
Ermənistanda daha bir keçmiş məmurun cinayət əməli sübut olunub. AzVision.az xəbər verir ki, İrəvan meriyası aparatının keçmiş rəhbəri Seyran Mejlumyan bu gün həbs edilib.
İrəvan Cinayət Məhkəməsinin hakimi Karen Amiryanın sədrliyi ilə keçirilən iclasda prokurorun Mejlumyanla bağlı təqdim etdiyi vəsatət təmin edilib.

Xatırladaq ki, martın 21-də Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi İrəvan meriyası aparatının keçmiş rəhbəri və şəhərsalma və memarlıq şöbəsinin müdiri David Dallakyan sui-istifadə hallarına yol verdikləri üçün saxlamışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər: İrəvan  



Xəbər lenti