"Biz erməni kilsəsini dostluğa çağırırıq” - Şeyx
O qeyd edib ki, erməni katolikosunun açıqlamaları din adamlarına uyğun olmayan açıqlamadır.
“Din adamları müharibə üçün yox, sülh üçün çalışmalıdır. Erməni katolikosunun yeni müharibə çağırışları onun siyasi ambisiyaların qurbanına çevrilməsindən irəli gəlir və din adamlarının siyasətə qarışması doğru deyil. ” - deyə din xadimi vurğulayıb.
Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan həmişə dünyanı dostluğa çağırıb:
"Biz erməni kilsəsini də dostluğa, barışığa çağırırıq".
Xatırladaq ki, erməni kilsəsinin baş katalikosu II Qaregin erməniləri yeni müharibəyə səsləyib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


