İrandan Azərbaycana 20 kq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 20 kq narkotik keçirilməsinin qarşısı alınıb
  21 Aprel 2023    Oxunub:1521
Aprel ayının 19-da saat 00:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
DSX-dan AzVision.az -a verilən xəbərə görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 20 kiloqram 690 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti