Mask bir gündə sərvətinin 7 faizini itirdi

   Mask bir gündə sərvətinin 7 faizini itirdi
  21 Aprel 2023    Oxunub:1559
Bloomberg Milyarderlər İndeksinə (BBI) görə, amerikalı iş adamı İlon Mask "Tesla" şirkətinin maliyyə hesabatlarının açıqlanmasından və "Starship" raketinin qəzaya uğramasından sonra bir gün ərzində sərvətinin 7 faizini itirib.
AzVision.az xəbər verir ki, bu barədə "Prime" məlumat yayıb.

"SpaceX" şirkətinin ən güclü kosmik gəmisi olan "Starship" raketi təxminən 38 kilometr yüksəklikdə buraxılış zamanı partlayıb. Şirkət nümayəndələrinin sözlərinə görə, gəmi mühərrikdə nasazlıqlar və hündürlüyün itirilməsi səbəbindən qəsdən məhv edilib.

Elə həmin gün Maskın digər şirkəti, elektrikli avtomobil istehsalçısı "Tesla" mənfəətinin 24% azaldığını bildirib. Bu fonda şirkətin səhmləri 9,75% azalıb.

BBI-nin məlumatına görə, Maskın sərvəti 12,6 milyard dollar (7%) azalaraq dünyanın ən böyük gündəlik itkisinə çevrilib. Hazırda iş adamının sərvəti 164 milyard dollar qiymətləndirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti