Ermənistanda əsgər valideyinləri etiraz aksiyası keçirir
Onlar Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri Suren Papikyanla görüş tələb edirlər. Bir saat sonra Nazirlər Kabinetindən heç bir cavab gəlmədikdən sonra valideynlər respublika meydanına gedən bütün küçələri bağlayıblar.
Ölən əsgərlərin yaxınları sobanı yandırmaq üçün benzin işlətdiyi iddia edilən kapitanın ehtiyatsızlığı nəticəsində 15 əsgərin yanması ilə bağlı rəsmi qurumların açıqlaması ilə razılaşmır. Onların fikrincə, ibtidai istintaq çoxlu suallar doğurur.
"Uşaqlarımız yanıb və onlar yatdıqlarını elan edirlər. Çəkməli yatan əsgərləri kim görüb?" - yanan əsgərin anası deyib.
Zərərçəkmişlərin nümayəndəsi Norayr Norikyan jurnalistlərə bildirib ki, hələlik valideynlərə baş nazir və müdafiə naziri ilə görüşlə bağlı dəqiq cavab verilməyib. O qeyd edib ki, bu, hakimiyyətlə cəmiyyət arasında böhrandan xəbər verir və həlak olanların yaxınlarını təhqir etməkdir.
“Valideynləri çoxlu ciddi suallar düşündür, onların cavabını baş nazir və ya müdafiə idarəsinin rəisi verməlidir”, - Norikyan bildirib.
Xatırladaq ki, yanvarın 19-da Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən N saylı hərbi hissədə yanğın olub. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğında 15 hərbçi ölüb.
AzVision.az
Teqlər: