Azərbaycan-NATO tərəfdaşlığı müzakirə edilib

   Azərbaycan-NATO tərəfdaşlığı müzakirə edilib
  21 Aprel 2023    Oxunub:1221
Azərbaycanın NATO-dakı səfiri NATO Baş Katibinin xüsusi nümayəndəsi ilə görüşüb.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın NATO Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri, ölkəmizin NATO-dakı səfiri Cəfər Hüseynzadə “Twitter“də yazıb.

“NATO Baş Katibinin Qadınlar, Sülh və Təhlükəsizlik üzrə Xüsusi Nümayəndəsi xanım İrene Fellin ilə gözəl görüşümüz baş tutdu.

Görüşdə biz NATO-Azərbaycan tərəfdaşlığı, WPS (Women, Peace and Security) mözsunun gündəliyində dayanan məsələləri, eləcə də bu ilin payızında Bakıda keçiriləcək yüksək səviyyəli konfransı müzakirə etdik”, - Hüseynzadə bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti