ABŞ Abrams tankı göndərir, 250 ukraynalıya təlim keçiriləcək

   ABŞ Abrams tankı göndərir,    250 ukraynalıya təlim keçiriləcək
  21 Aprel 2023    Oxunub:1274
ABŞ mayın sonunda təxminən 250 Ukrayna əsgərinə təlim keçmək üçün Almaniyaya 31 Abrams tankı göndərəcək. Bu barədə Associated Press məlumat yayıb.
Agentlik mənbələri hazırlığın təxminən 10 həftə çəkəcəyini bildirir.

“Rəsmilərin sözlərinə görə, mayın sonunda Almaniyadakı Grafenvöhr poliqonuna 31 tank gələcək və bir neçə həftədən sonra hərbçilər hazırlıqlara başlayacaq. Rəsmilər qoşunların təliminin təxminən 10 həftə davam edəcəyini deyir. Rəsmilərin sözlərinə görə, 250-yə yaxın Ukrayna əsgəri təlim keçəcək. Bəziləri tank sürməyi, bəziləri isə onları təmir etməyi və onlara qulluq etməyi öyrənəcək", -agentliyin açıqlamasında bildirilir.

Qeyd olunur ki, təlim tankları Rusiyaya qarşı istifadə üçün Ukraynaya verilməyəcək. Bu məqsədlə ABŞ-da 31 M1A1 döyüş tankı təkmilləşdirilir və hazır olduqdan sonra cəbhə xəttinə göndəriləcək. Agentliyin məlumatına görə, cümə günü Abrams tankları üzrə təlimlərin hazırlanması ilə bağlı rəsmi açıqlama veriləcək.

Bu ayın əvvəlində Pentaqon ilin sonuna qədər Abrams tanklarını Ukraynaya çatdırmaq niyyətində olduğunu açıqlamışdı.

Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə “odla oynayır”.

Lavrov həmçinin bəyan edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə birbaşa iştirak edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti