Sudanda BMT-nin əməkdaşı öldürülüb

 Sudanda BMT-nin əməkdaşı öldürülüb
  21 Aprel 2023    Oxunub:1486
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) əməkdaşı Sudanda döyüş bölgəsindən keçərkən həlak olub.
Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorinonun bəyanatında deyilir. Qeyd olunub ki, BMqT-nin xüsusi əməkdaşı ailəsi ilə birlikdə El-Obeydin şəhərinin cənubunda getdiyi zaman avtomobili atəşə tutulub.

Nəticədə qurumun işçisi öldürülüb. Vitorinonun sözlərinə görə, hazırkı münaqişə BMqT-ni Sudandakı humanitar əməliyyatlarını dayandırmağa məcbur edib.

Qeyd edək ki, BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı da Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub.

Xatırladaq ki, Beynəlxalq Miqrasiya Təşkilatı BMT-nin miqrasiya sahəsində fəaliyyət göstərən əsas agentliyidir. BMqT hökumətlərə və miqrantlara xidmətlər və məsləhətlər verməklə humanist və nizamlı miqrasiyanı təşviq edir. BMqT miqrasiya idarəçiliyinin dörd geniş sahəsində işləyir: miqrasiya və inkişaf, miqrasiyanın asanlaşdırılması, miqrasiyanın tənzimlənməsi və məcburi miqrasiyanın həlli.


AzVision.az


Teqlər:



Xəbər lenti