“Ukraynanın NATO-ya üzvlüyü hazırda müzakirələrin bir hissəsi deyil”

   “Ukraynanın NATO-ya üzvlüyü hazırda müzakirələrin bir hissəsi deyil”
  22 Aprel 2023    Oxunub:1068
“Ukraynanın NATO-ya daxil olması hazırda alyansdakı müzakirələrin bir hissəsi deyil”.
Bu barədə Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius deyib. “Almaniya heç vaxt Ukraynanın NATO-ya daxil olması məsələsini tənqid etməyib, biz sadəcə bildirdik ki, indi bunu müzakirə etməyin vaxtı deyil”, - Pistorius bildirib.

O, Şimali Atlantika Müqaviləsi Təşkilatının bütün üzvlərinin bu mövqeyə sadiq qaldığını, eləcə də hamısının gələcəkdə Ukraynanı NATO-nun tərəfdaşı kimi gördüklərini, lakin buna qədər hələ müəyyən yol olduğunu vurğulayıb.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Kiyevə səfərindən sonra bildirib ki, Alyansdakı bütün müttəfiqlər Ukraynanın bloka üzv olması ilə həmrəydirlər.


AzVision.az


Teqlər:





Xəbər lenti