Sudanda hərbi toqquşmalarda 250 mülki şəxs ölüb

   Sudanda hərbi toqquşmalarda 250 mülki şəxs ölüb
  22 Aprel 2023    Oxunub:1293
Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri (RRF) arasında silahlı toqquşmaların başlamasından bu günə qədər 250-dən çox mülki şəxs ölüb, 1454 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Sudan həkimlər Birliyinin məlumatında qeyd edilib.

Qeyd edək ki, aprelin 15-dən Sudanda Məhəmməd Həmdan Daqlonun komandanlığı altında olan Çevik Reaksiya Qüvvələri (RRF) ilə nizami ordu arasında döyüşlər gedir. Dünən hər iki tərəf müsəlmanların Ramazan bayramı münasibətilə atəşkəs elan edib. Sudandakı müxalif qüvvələr hərbi uğurlar və obyektlərə nəzarət barədə ziddiyyətli bəyanatlar verirlər.

Sudanın səhiyyə naziri isə ölkədəki qarşıdurmalarda ölənlərin sayının 600-ə çatdığını bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti