Səudiyyə Ərəbistanı 157 nəfəri Sudandan çıxarıb

Səudiyyə Ərəbistanı 157 nəfəri Sudandan çıxarıb
  22 Aprel 2023    Oxunub:1217
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi döyüşlərin davam etdiyi Sudandan 91 səudiyyəli və 66 digər ölkə vətəndaşını uğurla təxliyə edildiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə nazirliyin “Twitter“ səhifəsində dərc olunan məlumatda deyilir.


“Sudandan təxliyə edilən Səudiyyə Ərəbistanı vətəndaşları və bir sıra qardaş və dost ölkələrin vətəndaşları, o cümlədən diplomatlar və beynəlxalq təşkilatların əməkdaşları krallığın ərazisinə gəliblər”, - məlumatda deyilir.

Sənədə əsasən, Banqladeş, Bolqarıstan, Burkina Faso, Misir, Hindistan, Kanada, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Tunis və Filippin vətəndaşları Sudandan çıxarılıb.

Əməliyyatda Səudiyyə Ərəbistanı Hərbi Dəniz Qüvvələri iştirak edib. Əl Ekhbariya telekanalının məlumatına görə, döyüş gəmisi təxliyə edilənləri Sudandan Ciddəyə çatdırıb.

AzVision.az



Teqlər: Səudiyyə   Sudan  





Xəbər lenti