Ukrayna Rusiyanın 40 fiziki, 382 hüquqi şəxsinə sanksiya tətbiq edib

Ukrayna Rusiyanın 40 fiziki, 382 hüquqi şəxsinə sanksiya tətbiq edib
  22 Aprel 2023    Oxunub:1261
Ukrayna prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının 40 fiziki və 382 hüquqi şəxs barəsində xüsusi iqtisadi və məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi barədə qərarını qüvvəyə minməsinə dair sərəncam verib.
AzVision.az xəbər verir ki, müvafiq sənədlər prezidentin saytında dərc olunub.

Prezidentin 235/2023 nömrəli Fərmanı ilə əksəriyyəti Rusiya Federasiyası, İsveçrə, İran və vətəndaşları olan 40 nəfərə qarşı Nazirlər Kabinetinin “Şəxsi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin (sanksiyaların) tətbiqi haqqında” 22 aprel tarixli qərarı qüvvəyə minib.

Prezident 236/2023 saylı fərmanla Rusiyanın 322 hüquqi şəxsinə qarşı şəxsi sanksiyalar tətbiq edilib.

Sanksiya tətbiq edilən hüquqi şəxslər arasında müəssisələr və siyasi partiyalar yer alır.

AzVision.az



Teqlər: Ukrayna   Rusiya   Sanksiya  





Xəbər lenti