Çavuşoğlu və Abdullahian regional məsələləri müzakirə ediblər
![Çavuşoğlu və Abdullahian regional məsələləri müzakirə ediblər Çavuşoğlu və Abdullahian regional məsələləri müzakirə ediblər](https://azvision.az/photos/2023/04/637-1682192709.jpg)
Telefon danışığı zamanı tərəflər bir-birilərini Ramazan bayramı münasibətilə təbrik ediblər.
Həmçinin ikitərəfli və regional məsələlər müzakirə olunub.
İranlı diplomat ölkəsinin Türkiyə vasitəsilə Albaniyada ofis açılmasına dair razılaşdığını açıqlayıb və Ankaranın bu sahədə səylərini yüksək qiymətləndirib.
Xarici işlər nazirləri telefon danışığında İran və Türkiyə prezidentlərinin salamlarını və təbriklərini çatdırıblar.
AzVision.az