ABŞ Sudandakı səfirliyinin fəaliyyətini dayandırdı
Bayden Sudanda amerikalılara hər cür yardım göstərmək üçün davam edən işlər haqqında müntəzəm hesabatlar aldığını söyləyib.
"Biz bu səyin bir hissəsi kimi müttəfiqlərimiz və tərəfdaşlarımızla da sıx əməkdaşlıq edirik", - ABŞ lideri bildirib.
Onun sözlərinə görə, Sudanda zorakılıq qəbuledilməzdir və bitməlidir.
"Müharibə edən tərəflər dərhal və qeyd-şərtsiz atəşi dayandırmalı, humanitar yardımların maneəsiz çıxışını təmin etməli və Sudan xalqının iradəsinə hörmət etməlidir. Biz ABŞ-ın Sudandakı səfirliyinin fəaliyyətini dayandırırıq, lakin Sudan xalqına və onların özləri üçün istədikləri gələcəyə sadiqliyimiz dəyişməz qalır”, - deyə ABŞ prezidenti yekunlaşdırıb.
Aprelin 22-də Sudan ordusunun sözçüsü bildirib ki, Britaniya, Çin, ABŞ və Fransa öz hərbi hava qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarələri ilə öz vətəndaşlarını Xartumdan təxliyə edirlər.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: