Qaz sayğacının dişli çarxını sıradan çıxardılar - Video

   Qaz sayğacının dişli çarxını sıradan çıxardılar -    Video
  23 Aprel 2023    Oxunub:1602
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində sakinlərin qaz sayğacına edilən qanunsuz müdaxilələri aşkar edilib.
“Azəriqaz” İB-dən AzVision.az -a verilən məlumata görə, qanunsuzluq Mehriban Mehdiyevaya və Allahyar Əliyevə məxsus fərdi yaşayış evlərində aşkar olunub.

Kənar müdaxiləyə məruz qalan hər 2 fərdi yaşayış evinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə gətirilib.

Abonentlərin razılığı ilə ilk olaraq sayğaclara vizual baxış keçirildi və qanunsuz kənar müdaxilə halı təsdiq olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti