Sarkisyana qarşı cinayət işi İstintaq Komitəsinə göndərilib

   Sarkisyana qarşı cinayət işi İstintaq Komitəsinə göndərilib
  23 Aprel 2023    Oxunub:1345
Ermənistanın eks-prezidenti Armen Sarkisyanın xarici vətəndaşlığı ilə bağlı cinayət işi Ermənistanın İstintaq Komitəsinə verilib. Bu barədə ölkənin Milli Təhlükəsizlik Xidmətindən məlumat verilib.
"Ermənistanın dördüncü prezidenti Armen Sarkisyana qarşı cinayət işi tabeçilik qaydasında İstintaq Komitəsinə göndərilib", - Milli Təhlükəsizlik Xidməti qeyd edib.

Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti iş üzrə istintaq hərəkətlərinin aparıldığını bildirmişdi.

Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyan bu il yanvarın 23-də istefa verib. Bu qərara səbəb kimi o, lazımi səlahiyyətlərin olmamasını göstərib.

Ertəsi gün Hetq.am saytı Sarkisyanın ən azı prezident seçilməzdən əvvəl Karib hövzəsindəki kiçik Sent Kitts və Nevis ştatının vətəndaşlığına malik olması barədə məlumat yayıb. Onun prezident seçilmək hüququ yox idi. Nəşrin məlumatına görə, Sarkisyan 500 min dollarlıq sərmayə qarşılığında Karib hövzəsinin Sent-Kits və Nevis ştatının vətəndaşlığını alıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti