Kahramanmaraşda zəlzələ olub

   Kahramanmaraşda zəlzələ olub
  23 Aprel 2023    Oxunub:3351
Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Kandilli Rəsədxanasının rəsmi tviter səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Nurhak rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 5 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti