Lavrov: Rusiyalı jurnalistlərə viza verilməməsini bağışlamayacağıq
“Ən əsası, arxayın olun, biz unutmayacağıq, bağışlamayacağıq”, - deyə S.Lavrov vurğulayıb.
ABŞ tərəfinin Rusiyadan olan jurnalistlərə viza verməkdən imtina etməsi faktını dünən ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O əlavə edib ki, ABŞ-ın Rusiyadakı səfirliyi bu vəziyyəti həll etmək üçün çalışır. M.Zaxarovanın sözlərinə görə, söz azadlığı və jurnalistlərin hüquqları mövzusunun manipulyasiyası göz qabağındadır.
Qeyd edək ki, aprelin 25-də BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq nizamlanması mövzusunda nazirlər səviyyəsində iclası keçiriləcək.
AzVision.az
Teqlər: