Devrilmiş prezident həbsxanadan qaçdı
![Devrilmiş prezident həbsxanadan qaçdı Devrilmiş prezident həbsxanadan qaçdı](https://azvision.az/photos/2023/04/5322938895_e71f2ceaa4_k_650x410-1682278416.jpg)
“Al Araby” agentliyinə istinadən xəbər verir.
"Sudanın devrilmiş prezidenti Ömər əl-Bəşir Xartumun şimalındakı Koper həbsxanasından çoxlu sayda məhbusun müşayiəti ilə qaçıb", -agentliyin məlumatında bildirilir.
Qeyd edək ki, Ömər Həsən Əhməd əl-Bəşir hərbçi və dövlət xadimi, Sudanın keçmiş prezidentidir. O, 1989-cu ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlib. 30 ildən çox bu vəzifədə olub və 2019-cu ilin aprelində Sudanda baş vermiş dövlət çevrilişi nəticəsində də postundan uzaqlaşdırılıb.
Onun hakimiyyəti illərində Sudan dövlət aparatının islamlaşmasına məruz qalıb və Darfur əyalətində etnik təmizləmədə ittiham olunan təcrid olunmuş ölkəyə çevrilib.
2008-ci il iyulun 21-də Haaqa məhkəməsi Əl-Bəşirin Darfurdakı münaqişə ilə bağlı soyqırım ittihamı ilə həbsinə order verib. Beləliklə, əl-Bəşir beynəlxalq ədalət qurumu tərəfindən ittiham irəli sürülən dünyada ilk hazırkı prezident oldu.
AzVision.az
Teqlər: